25 İyul 2019 15:03
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sağlam bədən, sağlam ruh, güclü dövlət” - devizi altında maarifləndirici tədbirlərin təşkili» adlı layihə davam edir. Layihə çərçivəsində növbəti dəyirmi masa Şabran rayonunda keçirilib. Qeyd edək ki, «İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyi tərəfindən həyata keçrilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçrilir.

Heydər Əliyev Mərkəzində baş tutan tədbir əsasən gənclər arasında keçirilib. Tədbiri layihə rəhbəri Teymur Nəsirov açıb. O, bildirib ki, təəssüfedici haldır ki, ölkədə narkomaniya ilə bağlı statistikada artım var və bu problemin gənclər arasında yayılması ciddi faktdır.
Layihənin məqsədləri haqqında məlumat verən «İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyinin sədri Şaban Nəsirov bildirib ki, əsas məqsəd narkomaniyanın fəsadları, insan orqanizminə zərərləri barədə maarifləndirmə işləri aparmaqdır: “Maarifləndirmə işlərinin xüsusilə bölgələrdə aparılması vacibdir. Auditoriyanın gənclərdən ibarət olması isə sevindirici haldır. Çünki Azərbaycanın gələcəyi olan gənclərin bu bəlaya düçar olması xüsusilə ağırdır. Bu baxımdan gəncliyimiz narkomaniyanın fəsadlarından xəbər tutmalı və ondan uzaq olmalıdır”.

Şaban Nəsirov narkomaniyanın səbəb olduğu xəstəliklərdən danışaraq, bildirib ki, narkotik aludəçilərinin HİV, hepatit C-yə və digər xəstəliklərə yoluxma ehtimalı böyük olur. O, narkotik istifadəçilər arasında gənc yaşlarında vəfat edənlərin sayı da əhəmiyyətli dərəcədə çox olduğunu bilirib: “Buna görə də gənclər ölkəmiz üçün dəyərli vətəndaş, lazımlı kadr olmaq üçün öz sağlamlıqlarının qeydinə qalmalıdırlar. Əgər ətrafınızda sizə bu cür vaistələri dadmağı təklif edən dostlarınız varsa, onlardan uzaqlaşmağa çalışın”.

Şaban Nəsirov bildirib ki, narkomaniyanın Azərbaycanda yayılmasının qarşısını tamamilə almaq mümkün olmasa da, həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən kampaniyalar aparılır ki, bunlar da müəyyən effekt verir. Amma bununla bağlı mütəmadi olaraq təbliğatın aparılması, effektli sosial çarxların hazırlanması vacibdir. Şaban Nəsirov qeyd edib ki, təəssüf ki, ölkəmizdə sosial reklamlar çox az çəkilir. Televiziya kanalları da bu məsələyə laqeyd yanaşır.

Sonra təşkilat sədri Səhiyyə Nazirliyinin verdiyi statistikanı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nazirliyin statistikasına əsasən, Azərbaycanda narkotik istifadəçilərinin sayı 2010-cu ildə 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.

Tədbirdə iştirak edən Şabran rayon İcra hakimyyətinin nümayəndəsi Fərid Bağırzadə rayon ərazisində narkomaniya əlehiynə görülən işlər barədə ətraflı məlumat verməklə yanaşı. Bildirib ki,bu istiqamətdə maarifləndirici tədbirlərin sayın artırmaq lazımdır. Bu elə bir bəladır ki,hər zaman diqqətdə saxlanmalı və ziyanları barədə mütamadi ictimayyətə müxtəlif vasitələrlə məlumat verilməlidir.

Tədbirə qatılmış Quba region QHT-in Ressus və Təlim mərkəzinin sədri Eynulla Xeyrullayev də öz fikirlərin tədbir iştirakçıları ilə bölüşdü. Bu tipli layihələrin vacibliyindən danışmaqla bərabər. Şuranın SƏLİS proqramı barədə də ətraflı məlumat verdi. Bildirdi ki, bu proqram hər bir ölkə vətandaşına layihələr ilə yaxından tanış olmaq və öz fikir və təkliflərini bölüşmək baxımından çox önəmlidir.
Daha sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb. “Narkamaniya gəncliyin və genofondun bəlasıdır” adlı maarifləndirici buklet tədbir iştirakçılarına paylanılıb.

Sonda Şaban Nəsirov tədbirin təşkilində göstərdiyi dəstəyə görə, Dəvəçi Rayon İcra Hakimiyyətinin rəhbərliynə təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər