11 Sentyabr 2014 16:00
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “İctimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsi üzrə Qarabağ müharibəsi iştirakçılarına psixoloji yardımın təşkili” mövzusunda psixoloji təlimlər keçirir.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, ilk tədbir Şəki şəhərində keçirilib. Tədbirdə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarından Qarabağ müharibəsi iştirakçıları iştirak ediblər. Layihənin keçirilməsinə Şəki rayon İcra Hakimiyyəti, birliyin Şəki rayon şöbəsinin sədri Məmmədnuru Əzizov dəstək göstərib.

Layihənin açılışında ictimai birliyin sədri Mehdi Mehdiyev Qarabağ müharibəsi iştirakçılarının hazırkı psixoloji problemlərindən, layihənin keçirilməsinin məqsədini tədbir iştirakçılarına çatdırıb.

Layihənin daha səmərəli keçirilməsi üçün Bakı şəhər Psixoloji mərkəzinin aparıcı mütəxəssisləri Leyla Hacıyeva və Aysel Babayeva dəvət olunublar. Təlimlər zamanı müharibə iştirakçıları ilə psixoloji testlər keçirilib, onların psixoloji vəziyyətləri müəyyən edilərək lazimi tövsiyələr verilib.

Sonda anonim sorğu keçirilərək müəyyən edilib ki, bu tipli tədbirlər daha da geniş miqyaslı keçirilməlidir və bütün regionları əhatə etməlidir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər