29 İyul 2019 13:58
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramovun daha bir elmi tədqiqatı dünyanın aparıcı jurnallarının birində nəşr edilib.

Teleqraf.com xəbər verir ki, CESD tədqiqatçıları olan Dan Breban və Elmir Muxtarov ilə birgə hazırladığı “Avrasiya İqtisadi Birliyinin iqtisadi təsirlərinin qiymətləndirilməsi: Regional Linear Reqresiyasının tətbiqi” adlı məqalə ABŞ-ın Kaliforniya Universitetinin “Communist and Post-Communist Studies” jurnalında yayımlanıb. Elsevir nəşriyyatı tərəfindən nəşr edilən və “Thomson Reuters” bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksi olan “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan bu jurnal dünyada post-kommunizm elmi araşdırmaları üzrə ən yaxşı 2 jurnaldan biri hesab olunur.

Araşdırmada Linear Regressiya Modelindən isifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə təsirləri qiymətləndirilib. Üzv ölkələr üzrə iqtisadi təsirlərdə cüzi fərqlər olsa da model nəticələri göstərir ki, birliyə üzvlük həmin ölkələrin iqtisadiyyatlarına ciddi töhvə verməyib. Eyni zamanda, Azərbaycanın birliyə potensial üzvülüyünün eknometrik dəyərləndirilməsi aparılıb.

Məqalə ilə bu linkdə tanış ola bilərsiniz:

https://www.sciencedirect.com/science/article/pii/S0967067X19300315


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər