30 İyul 2019 12:48
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.

Teleqraf.com BakuPost-a istinadən xəbər verir ki, rektor baş redaktordan təkzib, üzr və pul tələb edir.

Kamal Abdulla iddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və sair məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.

Məlumata görə Kamal Abdulla jurnalistlə yanaşı işdən çıxardığı müəllimləri də məhkəməyə verib.

Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və "xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.

Qeyd edək ki, məhkəmə prosesi avqustun 1-də başlayacaq. İşə Binəqədi Məhkəməsi baxacaq.

Xəbəri Teleqraf.com-a universitetin mətbuat xidməti təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər