3 Avqust 2019 10:09
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada aktiv vərəm xəstələri ən çox Çukotiya muxtar bölgəsində qeydə alınıb. Burada hər 100 min nəfərə 526,9 xəstə düşür.

Teleqraf.com xəbər verir ki, bu məlumat 2018-ci ilin statistik hesabatında yer alıb.

Tıva Respublikası və Primorsk diyarında da bu xəstəliyin miqyası böyükdür - hər 100 min adama 512,6 xəstə var.

Rusiyada vərəmlə bağlı ən yaxşı vəziyyət Arxangelsk vilayətindədir. Burada hər 100 min adama 17,1 xəstə qeydə alınıb.

Belqorod vilayətində hər 100 min adama 19,8, Nenetskidə isə hər 100 min adama 20,5 vərəm xəstəsi düşür.


Müəllif: Mahir

Oxşar xəbərlər