Axar.az xəbər verir ki, yeni yaradılcaq qayda oxuculara təsir etməyəcək, belə ki, kitabxanadan kitab götürmək yenə də ödənişsiz olacaq. Lakin kitabxanalar yazıçılara hər kitabdan azacıq da olsa, qonorarın ödənilməsi zərurəti üzündən çətin ki, yeni əsərləri əldə edib fondlarını zənginləşdirə bilsinlər.
Belə bir direktiv 2006-cı ildə Avropa Birliyinin bütün ölkələri səviyyəsində qəbul edilmişdi.
Yeni qaydalar əhalisi 10 min nəfərdən çox olan şəhərlərdə yerləşən muzey, arxiv, video və audio materialların saxlanıldığı müəssisələrdə də tətbiq ediləcək. Əhalisi az olan rayonların mədəni müəssisələri isə bu qaydalardan azad olacaq.