18 Avqust 2019 14:13
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oktay Rza vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Oktay Rza bu gün 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Rzalı Məhəmməd oğlu 1934-cü ildə Salyan rayonunda doğulub. Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, Pedaqoji Universitetin dosenti Oktay Rza, 1981-ci ildən AYB-nin üzvü olub. "Torpağı dinləyirəm", "Ürəyi oxuyun" və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com