20 Avqust 2019 12:43
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Bu barədə Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hazırda DNT analizi götürülür. Rəşad Atakişiyevlə vida mərasimi sabah yaşadığı evdə keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

***

12:28

MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevun meyiti tapılıb, mərhumun nəşi sabah torpağa tapşırılacaq.

Bu barədə Teleqraf.com-a mərhumun qaynanası Məhbubə Hüseynova məlumat verib.

Polkovnik-leytenant Bakıda dəfn olunacaq.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.


Müəllif: Teleqraf.com