26 Avqust 2019 10:06
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.


Müəllif: Teleqraf.com