29 Avqust 2019 12:17
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 29-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin sədr müavini Gündüz İsmayılov Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinin formalaşması, dini radikalizmlə mübarizə və dini maarifləndirmə sahəsində QHT-lərlə dini qurumların birgə fəaliyyətinin önəmi barədə danışıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov

dini qurumlar və QHT-lərin birgə fəaliyyətinin önəmi ilə bağlı fikirlərini bildirib.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, DQİDK yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, şərqşünas alim Nəriman Qasımoğlu və digər çıxış edənlər bildiriblər ki, QHT-lər bilavasitə vətəndaşlarla təmasda olan qurum kimi yerlərdə olan çağırışları, vətəndaşların narahatlıqlarını öyrənməlidir. Radikal dini cərəyanların xüsusilə meyil etdiyi, kök atmağa çalışdığı yaşayış məntəqələrində, regionlarda QHT-lərin daha artıq dərəcədə fəal olması, maarifləndirmə işlərini gücləndirməsi zəruridir. Problemin vaxtında müəyyən olunaraq dövlət qurumlarına çatdırılması onun həllini asanlaşdırmaqla yanaşı, həm də daha böyük miqyasda baş verə biləcək arzuolunmaz halların qarşısını vaxtında almış olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər