Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Eternity - 2019” təlimində iştirak edəcək Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları üçün konsert proqramı təşkil olunub.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Azərbaycan xalq mahnıları, hərbi marşlar və müxtəlif xalqların musiqiləri səsləndirilib, o cümlədən rəngarəng rəqslər təqdim olunub.