Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev yeni Xalq şairi olan Musa Yaquba fəxri adın nişanını və vəsiqəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, nazir Musa Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdən olduğunu bildirib.
Qeyd edib ki, zəngin yaradıcılıq yolu keçən şairin indiyədək çapdan çıxmış 10-dan çox kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Əbülfəs Qarayev onu diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.