Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzində təşkil olunan təlimdə Gürcüstanın üç, Azərbaycan və Türkiyənin isə, ümumilikdə, 13 hərbçisi iştitak edir.
Təlim çərçivəsində hərbçilər müxtəlif praktiki tapşırıqlar yerinə yetirirlər. İştirakçılar təbii divara dırmanma, çayı keçərkən maneələrin dəf olunması, təxliyyənin təşkili və tibbi qaydaları öyrənirlər.
Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlim kursuna sentyabrın 16-da yekun vurulacaq. Kursu başa vuran hərbçilərə sertifikatlar təqdim olunacaq./report/