Azərbaycanda sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 17-də hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 17-18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.