20 Sentyabr 2019 09:05
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaşlara yüksək səviyyəli sərnişindaşıma xidmətinin göstərilməsi bizim əsas məqsədimizdir. Bununla bağlı da qarşımızda müəyyən tapşırıqlar qoyulub. Kart sisteminin əhatə dairəsinin genişləndirilməsi və nəqliyyatla bağlı digər yeniliklər müzakirə mövzusudur. Alternativ ictimai nəqliyyat növlərinin yaradılması da qarşıda duran məsələlərdəndir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, paytaxtda tramvay və trolleybus xətlərinin bərpası müzakirə olunur: “Hazırda paytaxtda tramvay və trolleybus xətlərinin bərpası məsələsi müzakirədədir. Yaxın zaman ərzində bu məsələdə ortaq nöqtəyə gəlinəcəyinə inanıram”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər