“Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulun “Beşiktaş” klubuna prezident olacağına dair iddialar yayılıb.
Publika.az xəbər verir ki, “Beşiktaş” klubunda idarə heyətinin üzvü olan Mənsimov Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib.
“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşiktaş” satılıq mal deyil. Prezident olacağıma dair iddialar da var... Mən sadəcə “Beşiktaş” azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”, - Mənsimov haqqında çıxan iddialar konkret şəkildə təkzib edib.
Qeyd edək ki, kluba 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib.