29 Sentyabr 2019 00:11
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 sentyabr 2019 il tarixində YAP Binəqədi rayon təşkilatının qərargahında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı və YAP Binəqədi rayon Təşkilatının təşkilatı dəstəyi ilə “Elektron xidmətlər mədəniyyətinin Azərbaycan modelinin təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar – treninq keçirilib.

Seminarın əsas məqsədi Azərbaycanda elektron xidmətlər mədəniyyəti və İKT təhsilini müzakirə etməklə yanaşı, E-dövlətə (Elektron Dövlət) keçidin xüsusiyyətləri, məmur-vətəndaş münasibətlərində olan yeniləşmiş dəyişikliklər, İKT-nin sosiumda oynadığı rol, sosial-iqtisadi inkişafda yeri, ictimai həyatda innovativ mədəniyyətin mənfi və müsbət təzahürləri ilə bağlı məlumat verməklə bu haqda düzgün təsəvvür yaradılmasına nail olmaq, ictimai-mədəni inkişafın maarifləndirmə, seminar – treninqlər yolu ilə öyrədilməsidir.

Seminarı YAP Binəqədi Təşkilatının Qadınlar Şurasının sədri Aytac Əliyeva qısa giriş sözü ilə açraq, tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib.

İlk olaraq məruzəçi professor Rəna Mirzəzadə “Yeni texnologiyaların və İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir” mövzusunda çıxış edib. Bu mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb. Daha sonra ikinci mühazirəçi fəlsəfə doktoru Hüseyn İbrahimov “İnformasiya-kommunikasiya texnologiyaları və gənclik” mövzusunda çıxış edib.

Yekunda Aytac Əliyeva maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün YAP Binəqədi rayon təşkilatının və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə öz təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər