16 Sentyabr 2014 14:36
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sentyabr ayının 17-si saat 11:30-da Göygöl rayonunda (Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Kəlbəcər) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Göygöl rayonunda 205-24-24
Gəncə şəhərində 267-10-59
Naftalan rayonunda 352-21-06
Goranboy rayonunda 245-23-99
Samux rayonunda 275-16-05
Daşkəsən rayonunda 215-30-20
Kəlbəcər rayonunda 267-50-99 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

İlhamə


Müəllif:

Oxşar xəbərlər