İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə avqust ayında 600-ə yaxın müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və Nazirliyin səlahiyyətlərinə dair digər məsələlərlə bağlı olub.
Məlumatda bildirilir ki, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 27000-ə yaxın müraciət daxil olub. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb.
Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.
Naibə