6 Noyabr 2019 15:45
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook"un kriptovalyutası "Libra" və rəqəmsal pul qabı (Calibra) tətbiqinin vitse-prezidenti Kevin Veyl, "Facebook hər kəsin kredit istifadə etməsinə imkan verəcək" deyib.

Məlumata görə, "Facebook"un maliyyə xidmətləri sahəsində fəaliyyətini genişləndirəcəyini vurğulayan K.Veyl, bu mərhələdə diqqətlərini rəqəmsal pul qabıya (Calibra) yönəldəcəylərini və indiyə qədər heç vaxt kredit istifadə etməyənlərin də kreditdən istifadə etmələrini təmin edəcəylərini vurğulayıb.

"Libra" üçün hər kəsin rəqəmsal cüzdan yarada biləcəyini qeyd edən K.Veyl, bu da müştərilərin "Facebook"un maliyyə məhsullarına etibar etmələrinə əsas səbəb olacağını ifadə edib.

Xatırladaq ki, "Facebook"un kriptovalyutanı idarə edəcək "Libra" Birliyi kimi bir qeyri-kommersiya təşkilatı yaratmaq istədiyini və bu layihədə 100 tərəfdaşın iştirak etməsini hədəflədiyini vurğulayıb. "Libra" Birliyinin hazırda 20 tərəfdaşı var./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər