12 Noyabr 2019 16:49
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il dövlət və icmal büdcə layihəsinə ölkəmizdə sabitliyin qorunmasına zəmin yaradacağı düşüncəsi ilə səs vercəyəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat əlavə edib ki, bütün arzuların mənbəyində sağlam düşüncə dayanır:

“Mən Astara rayonunun bir problemini qaldırmaq istəyirəm. Astarada kanalizasiyası problemini ötən il gündəmə gətirmişdim. 2020-ci ildə bu problemin həlli ediləcəyinə ümid edirəm. 10 ildən çoxdur ki, bu məsələ proqrama salınıb, amma öz həllini tapmayıb. Mən hökumət üzvlərindən xahiş edirəm ki, bu məsələnin həlli üçün addım atsınlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər