18 Noyabr 11:01

Türkiyənin məşhur stəndapçısı Cem Yılmaz Fəxri xiyabanı və Şəhidlər xiyabanındakı Türk şəhidliyini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, noyabrın 16-17-də Bakıda səfərdə olan Cem Yılmaz konsert proqramından sonra Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, onların məzarı üzərinə gül dəstələri qoyub.

Aktyor daha sonra Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib.


Müəllif: Teleqraf.com