19 Sentyabr 2014 12:47
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari ilin 19 - 29 sentyabr tarixində Fransanın Paris şəhərində "Azərbaycan şəhərciyi" adlı sərgi və digər silsilə tədbirlər keçirilir.

Teleqraf.com xəbər verir ki, 10 gün davam edəcək bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətinin nümayişi ilə yanaşı turizm potensialına həsr olunmuş lövhə də təmsil olunur. Eyni zamanda lövhə tədbir iştirakçılarına və ziyarətçilərinə paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunur.

Həmçinin Nazirliyin sifarişi ilə hazırlanan fransız dilində "Evasion" bələdçi kitabı və "Azərbaycan mətbəxi" kitabçası qonaqlara təqdim olunur.

Sərgi zamanı Nazirliyin stendini ziyarət edən qonaqlar interaktiv şəkildə www.azerbaijan.travel saytının fransız dili versiyası ilə tanış ola bilər. Bununla yanaşı stenddə Azərbaycanın turizm potensialına həsr olunmuş video çarxlar nümayiş olunur.

Məlumat üçün bildiririk ki, Mədəniyyət və Turizm Nazirliyi cari ilin 23- 26 sentyabr tarixində Paris şəhərində keçiriləcək "Top Resa" beynəlxalq turizm sərgisində də iştirak edəcək.


İlhamə


Müəllif:

Oxşar xəbərlər