Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka və səfirin müavini Petr Vagner ilə görüşüb.
BMAM-dan Teleqraf.com-a daxil olan məlumata görə, görüşdə BMAM sədri Rufiz Qonaqov Çexiyanın Azərbaycana dost ölkə olduğunu vurğulayaraq hər iki ölkənin vətəndaş cəmiyyətlərinin gündən-günə inkişaf etdiyindən, Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb.
Rufiz Qonaqov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər.
BMAM Sədri eyni zamanda Azərbaycanın qısa zaman ərsizndə Avropaya uğurla inteqrasiya etdiyini deyib: "Azərbaycan və Çexiya vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın və əlaqələrin daha da yaxınlaşması, birgə forum,tədbir və konfransların keçirilməsi bu əlaqələri daha da inkişaf etdirə bilər".
Çexiya səfiri Vitezslav Pivonka və səfirin müavini Petr Vagner görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini vurğulayıb. Səfir bildirib ki, Çexiya və Azərbaycan vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da artırılması və birgə tədbirlərin keçirilməsi təşəbbüsünü dəstəkləyir. Bu təşəbbüslərin həyata keçməsi üçün Çexiya səfirliyi hər cürə dəstək verməyə hazırdır.
Ayxan