14 Dekabr 2019 12:27
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda orta məktəbdə musiqi müəllimi işləyən Volkan Yaran şagirdlərinə musiqini sevdirmək üçün tərəvəzlərdən musiqi alətləri düzəlib. Daha sonra bu musiqi alətlərində çalmağı öyrədib.

Teleqraf.com xəbər verir ki, yerkökü, turp, brokoli kimi tərəvəzləri musiqi alətinə çevirməkdə məqsədi təbiətdəki musiqini şagirdlərə hiss etməkdir.

Volkan Yaranın sözlərinə görə, hər kəsin təbiətdəki səsləri eşitməsi lazımdır: "Şagirdlər xüsusilə yerköküdən alınan səsə böyük maraq göstərir. Müəllim, mənə fleyta edə bilərsinizmi? Kökün səsini eşitmək istəyirəm".

Müəllim 17 ildir ki, bu işlə məşğuldur və bu günə qədər 400-ə yaxın musiqi aləti hazırlayıb.


Müəllif: Aysel Azad