Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, qarın hündürlüyü Qırızda 5, Təngəaltıda 3, Xınalıq kəndində isə 4 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur 9 dərəcəyədək aşağı düşüb./Azərtac/