10 Yanvar 2020 21:29
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin ilk Ay tutulması başlayıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Teleqraf.com-a verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulmasıdır. Saat 21:08-də başlayan tutulma hadisəsi saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər