“Azərbaycandan Belarusa neft tədarükü ilə bağlı danışıqlar aparılıb, lakin hələlik konkret nəticə yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Ria Novosti”yə açıqlamasında deyib
Dövlət şirkətinin rəsmi nümayəndəsi Azərbaycanın neft ixrac etməyə hazır olduğunu bildirib:
“Bu mövzuda danışıqlar aparıldı. Prinsipcə biz buna hazırıq. Bildiyiniz kimi “Azəri Layt” markalı nefti dünya bazarına çıxarırıq. Ancaq hələlik bu mövzuda Belarusla konkret bir şey yoxdur”.
Belarusun iqtisadiyyat naziri Dmitri Krutoy bundan əvvəl neft almaq üçün Qazaxıstan, Ukrayna, Azərbaycan, Polşa və Baltikyanı ölkələrə müraciət etdiklərini bildirib.