20 Yanvar 2020 09:27
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Lənkəran gəncləri də qoşulublar.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #könüllüqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər