25 Yanvar 2020 09:16
2 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müsahibəni təqdim edir.

- Professor, hazırda dünya Çində yayılmağa başlayan koronavirusla (2019-N CoV) bağlı ciddi narahatlıq keçirir. Bu virus haqqında məlumat verə bilərsinizmi?

- Koronavirus ilk dəfə 1960-ci illərdə soyuqdəymə xəstələrinin burun boşluğunda aşkar edilib. Viruslar həyatın qeyri-hüceyrəvi formasıdır və onlar hər an reablitasiya olmaq imkanına malikdir. Üstəlik, yeni-yeni viruslar ortaya çıxır. Hazırda ehtimal olunur ki, koronavirus heyvanlardan keçib və yayılmağa başlayıb. Yəni Çindən təsadüf nəticəsində dünyaya yayılmağa başlayıb. Artıq Rusiyada da bunun olduğu təsdiq edilib. Azərbaycan statistikası bununla bağlı məlumat verməyib, odur ki, biz bu haqda bir şey bilmirik.

Belə situasiyada Ümumdünya Səhiyyə Təşkilatı müxtəlif ölkələrə yardım göstərir və biz də bundan yararlanmalıyıq. Həmçinin infeksiyanı yerində lokallaşdırmaq üçün tədbirlər görülməlidir. Çünki virus hava-damçı yolu ilə yayılır və dünyanın bu başında o başına asanlıqla çata bilir.

Bizim Çinlə yaxın ticarət əlaqələrimiz var. Bu mənada həmin koronavirusun Azərbaycana gəlib çıxma ehtimalı realdır. Məhz bu səbəbdən karantin tədbirləri görülməli, əhali arasında marrifləndirmə və məlumatlandırma işi aparılmalıdır. Virusdan necə qorunmalı, xəstələniləndikdə necə davranmalı olduqlarını insanlarımız bilməlidir.

- Hazırda dünya ölkələrinin diqqət mərkəzində olan koronavirusa yoluxan insanların müalicə alması və bərpa olması mümkündürmü, yoxsa iddia olunduğu kimi ona yoluxan dərhal ölümü haqqında düşünməlidir?

- Hazırda yayılan virus olduqca təhlükəlidir. Artıq bu virusa yoluxanlar arasında ölüm faktlarına rast gəlinib. Tez müddətdə bu virus ağciyər pnevmaniyasına gətirib çıxarır, ağır durumla müşahidə edilir. Odur ki, təhlükəli virus sayılır.

Ancaq sözsüz ki, bu virusa yoluxanların müayinə və müalicəsi də var. Ümumən birinci mərhələ burun boşluğundan suyun götürülüb virusun müəyyən edilməsidir. Yəni doaqnozun qoyulması.

Təbii ki, bunun üçün yüksək səvuyyəli laborotoriya tələb olunur. Bizdə bunun nə vəziyyətdə olduğunu, bu virusun müəyyənləşdirilməsi üçün imkanların olub-olmadığını bilmirəm. Əgər belə bir diaqnoz qoyulursa, həmin xəstə yataq rejiminə keçməli, orqanizmin ümmun sistemini gücləndirmək məqsədilə müalicə aparılmalıdır.

Təbii ki, müalicəni həkim nəzarəti altında həyata keçirmək lazımdır. Xəstələrin özbaşına dərmanlar almaq, ayaqüstə müalicə aparması qəti məqsədəuyğun deyil.

- Çində koronavirusdan vəfat edənlərin mütləq əksəriyyətinin yaşının 80-dən yuxarı olduğu deyilir. Sizcə, bu nə ilə bağlıdır?

- Bu onu göstərir ki, virus daha çox immun sisteminin zəif olan orqanizmlərdə özünə asanlıqla yer tapa bilir. Sözsüz ki, yaşlı adamların resursları az olur. Orqanizm də bu cür infeksiya ilə vuruşmaq şansı aşağı olduğundan yaşlı insanlar arasında yoluxma və ölüm halları daha çoxdur.

Amma ona baxmayaraq indiki tibbin inkişaf səviyyəsi ilə paralel olaraq əgər 30 nəfər vəfat edibsə, bunu ciddi qarşılamaq lazımdır. Nəzərə alın ki, ölüm rəqəminin artması da mümkündür.

Azərbaycan kimi ölkədə də belə virusun yayılması tələfatlara gətirib çıxara bilər. Bu baxımdan sözsüz ki, proflaktik işlər görülməlidir.

- Koranavirusun belə sürətlə yayılmasına səbəb nədir?

- Diqqət etsək görərik ki, 4 karantin xüsusi təhlükəli infeksiyaya ayrılırdı. Bunlardan biri də təbii çiçək adlanırdı. Ancaq indi təbii çiçək yoxa çıxıb. Əvəzinə qrip əlavə olunub. Qrip karantin infeksiya sayılır. Çünki qısa müddətdə epidemiyaya gətirib çıxara bilər. Koronavirusun bu növünün belə yayılma arealı varsa, bu, artıq ciddi və təhlükəli infeksiyadır. Hava-damcı yolu ilə gəldiyinə görə hər bir ölkə təhlükəsizlik tədbirləri görməli, hava və sərhəd-keçid məntəqələrində diqqətli olmalı, xəstə şəxslərin daxil olmasını müəyyən müddət ləngitməlidir. Yəni bu əhalinin sağlamlığı üçündür. Milli kanallarda mütləq şou verilişləri əvəzinə insanlarla maarifləndirmə işinə keçilməlidir.

- Çindən ölkəmizə çoxlu mallar gəlir. Geyim və digər mallar vasitəsilə bu virusa yoluxma ehtimalı varmı?

- Adi qayda var. Mallar üzərində viruslar ola bilər. Amma virusların davamlılığı azdır. Hesab edirəm ki, əllər tez-tez sabunla yuyulmalı, buna ciddi diqqət olunmalıdır. Qida qəbulunda, maye qəbulu zamanı əl sabunlanmalı, maskadan istifadə edilməli, ictimai yerlərdə mümkün qədər az olmaq lazımdır. Eləcə də geyimi düzgün formalaşdırmalı, havaya uyğun geyim seçilməlidir. Bunları əhaliyə demək lazımdır.

Artıq Rusiya hava limanına gələn bir çinli və bir rusda bu virus tapılıb və onlar izoliyasiya ediliblər, ciddi nəzarət altındadırlar.

Hesab edirəm ki, ölkəmizdə də bu cür tədbirlər həyata keçirilməlidir. Nemət


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər