4 Fevral 2020 12:57
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 Fevral “Gənclər günü”ndə “Çapar” tarix jurnalı bir yaşını qeyd edib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə “Çapar”ın Azərbaycan Cümhuriyyətinin Avropa dövlətləri tərəfindən de-fakto tanınmasının 100 illiyinə ithaf edilmiş özəl sayı və “Çapar Sport” jurnalının ilk sayı təqdim edilib.

Tədbir çərçivəsində “Çapar”ın baş redaktoru Dilqəm Əhmədin Cümhuriyyət sərgisi keçirilib, “Çapar” nəşrlərindən çıxan 4 yeni kitab ictimaiyyətə təqdim edilib.

Tədbirdə Londondakı Azərbaycan Evinin direktoru Əli Təkin Atalar, millət vəkili Fazil Mustafa, tanınmış alimlər – Ədalət Tahirzadə, Firdovsiyyə Əhmədova, Nəsiman Yaqublu, Nazim Mustafa, Bədirxan Əhmədov, Əli Şamil, Əkrəm Bağırov iştirak edib.

“Çapar”ın 1 yaşı münasibətilə təsis edilən “Çapar” mükafatı Azərbaycan mədəniyyətini Avropada təbliğinə görə Ə.T.Atalara, Azərbaycan Cümhuriyyəti dövrü təhsil tarixinin araşdırılmasına görə Ədalət Tahirzadəyə, Azərbaycanın orta əsrlər tarixinin tədqiqinə görə Əkbər Nəcəfə, Qarabağ həqiqətlərinin təbliğinə görə Kamran Ağayevə təqdim edilib.

Tədbirin sonunda “Çapar” nəşrlərindən çap olunan Ədalət Tahirzadənin “Azərbaycan Cümhuriyyəti: İlk milli dövlətimizin gerçək adı!”, Əkbər Nəcəfin “Azərbaycan Səlcuqları: Yaqutilər (1043-1103)”, Dilqəm Əhmədin “Mühacirlərin mirası” kitablarının imza mərasimi keçirilib.


Müəllif: Teleqraf.com