Space TV-də yayımlanan "Gəl dərdini danış" verilişində dəhşətli cinayətdən görüntülər yayımlanacaq.
50 yaşlı Aybəniz yaxını tərəfindən vəhşicəsinə öldürülüb. Qohumları bildirib ki, cinayətkar onu qolundan bıçaqlayıb, daha sonra başını kəsib.
Aybənizin ailə üzvləri bildirir ki, cinayətə səbəb cadu olub. İddia olunur ki, guya Aybəniz yaxın tanışına qurd yağı yedizdirib. Bu isə onun öldürülməsinə səbəb olub.
Qohumları Aybənizin işgəncə verilərək öldürüldüyünü söyləyirlər.
Bu hadisə ilə bağlı daha ətraflı Space TV-də yayımlanan "Gəl dərdini danış" verilişində baxa bilərsiniz./BAKU.WS/