25 Sentyabr 2014 11:51
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Azad Rəhimov Sumqatyıt şəhəri Tarix muzeyində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyininin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxıdan olan vətəndaşlar iştirak edib.

30-ə dək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük qismi idman sahəsi ilə bağlı olub. İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri müraciətlər sırasında olub. Gənclər sahəsi üzrə edilən müraciətlər əsasən Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı,gənclərin asudə vaxtının səmərəli təşkili, yay istirahət düşərgələri ilə bağlı olub. Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Naibə


Müəllif:

Oxşar xəbərlər