13 Fevral 2020 20:42
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində icazəsiz ov edən şəxsləri saxlayıb.

ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi Orduxanov olduğu müəyyən edilib.

Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər