Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.
Teleqraf.com xəbər verir ki , bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
1968-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib.
Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın "Bəşirov və tərəfdaşları" vəkillər kollegiyasına rəhbərlik edib.