20 Fevral 2020 11:50
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə oxuyan tələbələrlə əlaqə saxlamışıq. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb".

Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar:“Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra öz kariyeralarını qurmağa can atır".

Agentlik rəsmisi bildirib ki, bu gün regionlarda həkim kadr ehtiyatı ilə bağlı müəyyən çətinliklər var: "Yaxın gələcəkdə agentlik adından regionlar üzrə mərkəzi xəstəxanalarda çalışmaları üçün onlara həvəsləndirici, motivasiya edici təkliflər irəli sürüləcək. Bir qrup tələbə ilə danışıqlar artıq aparılıb”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər