26 Fevral 2020 09:14
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.

Teleqraf.com-un report.az-a istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.

Xatırladaq ki, ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər karantin məqsədi ilə xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com