28 Fevral 2020 18:33
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

"15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir".

Teleqraf.com xəbər verir ki, bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərin şayiə olduğunu deyib:

"Sosial şəbəkələrdə Ağdaş sakininin koronavirus nəticəsində ürəkgetməsi ilə bağlı məlumatlar yayılıb. Xəstə virus daşıyıcısı deyil. Ağdaş vətəndaşıdır, İrandan gəlib. Gözündə konyuktivit aşkarlanıb. Koronavirus təhlükəsi yoxdur".

Rəvanə Əliyeva qeyd edib ki, sərhəd keçid məntəqəsində hər vətəndaşı saxlamaq mümkün deyil:

"Əgər onlarda xəstəlik əlaməti yoxdursa, biz onlara məlumatlandırcı vərəqlər veririk. Bu şəxslər 14 gün ərzində evlərində karantin vəziyyətində qalmalıdırlar. Əgər hər hansı xəstəlik əlaməti aşkarlanarsa, şəhər daxilində 103, regionlarda 113 çağrı mərkəzlərinə bildirsinlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər