Türkiyənin yanındayıq, onlar əziz qardaşımızdı, yaxın dövlətdir. Türk ordusunun addımlarını izləyirik. Şəhidlərə görə, başsağlığı veririk.
Bu sözləri Teleqraf.com-a Azərbaycanın tanınmış hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin 33 əsgərinin İdlibdə xain hücum nəticəsində şəhid olması haqqında danışarkən deyib.
Şəmistan Əlizamanlı bildirib ki, haqq-ədalət yerini tutacaq:
“Türkiyə bu savaşdan qalib çıxacaq”.