14 Mart 2020 11:40
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyası öz işini başa vurub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf.com-a verilən məlumata görə, missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında koronavirusun yayılmasının qarşısını almaq və bütün pasiyentlərə qayğını optimallaşdırmaq üçün yoluxma hallarının erkən aşkarlanmasının prioritet olması tövsiyə edilib.

5 gün davam edən missiya zamanı ÜST-ün mütəxəssisləri şəhər və rayonlarda yerləşən xəstəxana və laboratoriyalara baş çəkib, koronavirusa yoluxmuş insanları aşkar və müalicə etmək üçün milli planı müzakirə edib. \

Nümayəndə heyəti, həmçinin hakimiyyət orqanları ilə birlikdə koronavirusa cavab tədbirlərinə dair strategiyanı daha da inkişaf etdirmək üzərində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər