16 Mart 2020 20:54
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla bağlı nəticə budur ki, böyük-böyük danışan, özünü dünyada birinci dövlət kimi təqdim edən ölkələr göstərdi ki, bu vəziyyətə hazır deyillər. XXI əsrdir. Təbabətə pul buraxmaq əvəzinə maliyyəni silaha və müharibələrə yönəldirlər. Belə kritik məqam yarandıqda da, öhdəsindən gələ bilmirlər. Əlbəttə, mən bu fikirləri ironiya ilə deyirəm.

Bu sözləri Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov koronavirusla bağlı dünyada mövcud olan durumu qiymətləndirərkən deyib.

Professor hesab edib ki, Azərbaycan hökuməti xalqı qorumaq üçün lazım olan tədbirləri görməlidir: “Epidemiyadan qorunmaq üçün gigyenik qaydalara əməl edilməli, verilən məsləhətlərə hər kəs qulaq asmalıdır. Mənim həyat tərzim elədir ki, nadir hallarda bayıra çıxıram. Amma nəvələrim baxçaya gedir. Müsbət hal odur ki, karantin elan olundu, məktəblər, baxçalar bağlandı. Biz görürük ki, dünyanın öndə gələn ölkələri bu epidemiyanın qarşısını ala bilmir. Bizdə vəziyyət nisbətən yaxşıdır. Amma operativ addımlar atılmaqda davam etməlidir. Xalqımızı qorumaq üçün lazım olanları etmək vacibdir. Bizim çox gözəl mütəxəssislərimiz var. Onların çoxu xarici ölkələrdə çalışırlar. Hesab edirəm ki, bu kimi hallar bizə siqnal olmalı və belə mütəxəssislərin vətəndə işləməsi üçün addımlar atılmalıdır”.

Xatırladaq ki, koronavirus səhiyyə sistemi, maliyyə imkanları güclü olan ölkələrdə ciddi fəasadlar yaradıb. Azərbaycan hökuməti isə epidemiya ilə mübarizə aparmaq məqsədilə Nazuirlər Kabineti qyanında Operativ Qərargah yaradıb. Virusa qarşı tədbirlər bir mərkəzdən və sistemli formada idarə olunur. Dünyanın onlarla dövləti artıq fövqəladə vəziyyət elan edib, ölkəyə giriş-çıxışları demək olar ki, bağlayaraq dünyadan izolyasiya olunub.

Belə bir halda Azərbaycanda müvafiq dezinfeksiya işlərinin aparılması üçün məişət iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılması, operativ qərargah tərəfindən müəyyən edilmiş xüsusi qaydaların yerinə yetirilməsinə nəzarət gücləndirilməlidir təbii qarşılanmalıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər