28 Sentyabr 2014 23:27
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarovun Qusara səfəri yenə də ertələnib.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, sentyabrın 29-na Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu üçün Qusara getməli olan nazirin səfəri oktyabra keçirilib. Qəbulun dəqiq tarixi isə göstərilmir.

Xatırladaq ki, M.Cabbarovun Qusara səfəri 22 sentyabra nəzərdə tutulmuşdu. Daha sonra 29 sentyabra dəyişdirilən qəbul yenidən təxirə salınıb.

Görüşün təxirə salınması səbəbi bəlli deyil.


Müəllif:

Oxşar xəbərlər