"Şəhərdə deyilik, bağ evinə gəlmişik. Çölə çıxan zaman maska, spirt istifadə edirik".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
Sənətçi uşaqların bayıra çıxmasına icazə vermədiyini bildirib:
"Allahın köməyi ilə özümüzü qoruyuruq. Bu zarafat deyil, ciddiyə almaq lazımdır. Bu hadisə baş verəndən günəmuzd işləyən fəhlələri, gündəlik evlərinə beş-üç manat çörəkpulu aparanları düşünürəm. Amma bütün bunlara baxmayaraq, pessimist olmaq lazım deyil. Biz, hamımız bir-birimizin yanında olmalıyıq, xüsusi diqqət etməliyik. Telefon vasitəsilə xoş qayğı, ünsiyyət göstərməliyik. Bu, insana güc verir. Zəiflik göstərmək olmaz. Təmiz və diqqətli olmaq lazımdır. Arxayın olmamlıyıq. Əgər bütün dünyada ciddi məsələdirsə, Azərbaycanda niyə ciddiyə alınmasın?! Əlbəttə ki, insanları mütəmadi olaraq məlumatlandırmaq lazımdır".
Afaq Bəşiqızı əlavə edib ki, bir çoxları bundan qorxur:
Bəzi insanlar qorxaraq mağazadan həmişə aldıqlarından daha çox ərzaq alırlar Bunlara görə çox güclü təbliğat getməlidir. Qida, maaş, təqaüdlə əlaqədar xalq müttəmadi məlumatlandırmalıdır. Əsas insanları təşvişə salan bunlardır. Biz xalqıq və hamımız bir-birimizə lazımıq. Biz bir olanda dövlət var, biz olmayanda deməli, Azərbaycan yoxdur. Azərbaycanın yoxluğunu isə heç bir vicdanlı şəxs qəbul etməz. Ona görə də biz öz qədrimizi bilməliyik ki, vətən yaşasın. Şən əhval və möhkəm iradə ilə bu vəziyyətdən çıxacağıq".