26 Mart 2020 20:13
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı diasporasının liderlərindən biri olan Mirvari Fətəliyeva koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu məlumatı “Vestnik Kavkaza” yayıb. Fətəliyevanın bir müddət əvvəl koronavirusla bağlı verdiyi testin pozitiv çıxdığı vurğulanıb. Hazırda Fətəliyevada nəfəs çatışmazlığının müşahidə edildiyi bildirilib. Bununla belə onun temperaturunun yüksək olmadığı üçün özünü yaxşı hiss etdiyi qeyd edilib.

Xatırladaq ki, Fətəliyeva həm də Paris-Azərbaycan evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosasiyasının baş katibidir.


Müəllif: Teleqraf.com