28 Mart 2020 18:14
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.


Müəllif: Aysel Azad