Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov əfv edilib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
Bundan başqa, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il azadlıqdan məhrum olunmuşdu.Sübahir Qurbanoc isə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmişdi.