6 Aprel 2020 17:53
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Teleqraf.com-a bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İ.Səttarov Milli Televiziya və Radio Şurasının üzvü təyin olunmuşdu.


Müəllif: Teleqraf.com