7 Aprel 2020 16:39
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə yaşayış yerini tərk edərkən icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə göndərməli olduqları müvafiq sənəd nömrəsini rahat əldə etmələri üçün videotəlimat hazırlanıb.

Teleqraf.com xəbər verir ki, videotəlimatla tanış olanlar sənəd nömrəsini buradan əldə edə bilərlər.

Aşağıdakı linklərdə videotəlimat Azərbaycan, rus (titrlərlə) və ingilis (titrlərlə) variantında yerləşdirilib. Suallar yaranacağı halda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 24 saat fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı mərkəzilə əlaqə saxlaya bilər.

:


Müəllif: Aysel Azad