Yazıçı İradə Aytel özünün yeni sosial şəbəkə (Youtube) layihsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, yazıçının Yutub kanalında həyata keçirilən layihə pandemiyanın səbəb təcrid günlərində valideynlərə dəstək xarakteri daşıyır və azyaşlı uşaqlar üçün nəzətdə tutulub.
Kanalda azyaşlılar üçün hazırlanmış video-roliklər yayımlanır.
“Evlərimizdən çıxa bilmədiyimiz bu günlərdə valideynlərə dayaq olmaq üçün Yutub kanalımda hər gün müxtəlif videolar yayımlayacağam. Məqsədim uşaqların vaxtını səmərəli keçməsi və maariflənməsinə kömək etməkdir. Burada hər gün yeni nağıllar da olacaq. Bunlar indiyədək uşaqların heç yerdə eşitmədiyi nağıllardır, xarici saytlardan özüm tərcümə edirəm”, - İradə Aytel yeni layihəsi haqda danışarkən deyib.
Gündəlik yayımlanacaq “BağçaTV”-də məktəbəqədər, əsasən də xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqları Azərbaycan əlifbası, dövlət atributları, tarixi günlərimiz, coğrafiya, ədəbiyyat və musiqimizlə tanış edəcək materiallar veriləcək.