8 Aprel 2020 17:31
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 105 yeni yoluxma faktı qeydə alınıb. Yoluxma halları artan xətt üzrə gedir.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, diaqnostik laboratoriyalar bütün regionları əhatə etməkdədir:

"Şəki və Sumqayıtda laboratoriyalar açılacaq. Bu rəqəmə Naxçıvan Muxtar Respublikası da daxildir. Bu rəqəmin atmasını istəmirik. Bu günədək ümumi yoluxma sayı 822 nəfərdir. Bu gün 19 nəfər sağalaraq evə buraxılıb. Sağalaraq buraxılan şəxslərə iltizamnamə imzalatdırırlır və xəstələrə nəzarət olunur. Bu günədək 63 nəfər sağalaraq evə buraxılıb, 8 nəfər ölüb. Aktiv xəstə sayı 750 nəfərdir. Bu gün 3 mindən artıq test edilib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər